Super Liqa təmsilçilərindən "Qalatasaray" ulduz hücumçusu Viktor Osimheni heyətində saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın mövsümün əvvəlində "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhenin transferi üçün İtaliya komandasına təklifi açıqlanıb.
"Qalatasaray" İtaliya klubuna 65 milyon avro təklif göndərib. "Napoli" "sarı-qırmızılılar"ın bu təklifini rədd edib.
Klubu ulduz futbolçu üçün 75 milyon avro tələb edir. Yenilənmiş təklifdən sonra danışıqların davam edəcəyi gözlənilir.
Bu mövsüm "Qalatasaray"ın heyətində 20 matça çıxan Viktor Osimhen 16 qol vurub, 5 məhsuldar ötürmə edib.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”