"Qalatasaray" qış fasiləsində transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Davide Frattesi ilə maraqlanır.
İstanbul klubu futbolçu üçün “İnter”ə 35 milyon avro məbləğində satınalma variantı ilə icarə təklifi irəli sürməyə hazırdır.
“Qalatasaray” yaxın günlərdə Milan klubu ilə danışıqlara start verəcək. Eyni zamanda Frattesiyə 5 milyon avro maaş və əlavə bonusları əhatə edən müqavilə təklif ediləcək.
“Sarı-qırmızılılar”ın futbolçu ilə 4 illik anlaşma imzalamağı planlaşdırdığı və transferi bu həftə yekunlaşdırmaq istədiyi bildirilir.
Qeyd edək ki, Davide Frattesi cari mövsümdə 15 rəsmi matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”
- A Seriyası klubunda yeni baş məşqçi