“Qalatasaray”ın futbolçusu Super Liqada klubunu dəyişib
03.02.2026 - 20:11
"Qalatasaray"ın yarımmüdafiəçisi Eyüp Aydın Super Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu İstanbulun digər təmsilçisi olan "Kasımpaşa"ya icarəyə verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı orta xətt oyunçusu mövsümün sonuna qədər "Kasımpaşa"nın formasını geyinəcək.
Qeyd edək ki, Eyüp Aydın mövsümün ilk yarısında "Samsunspor"da çıxış edib. O, komandanın heyətində 6 rəsmi matçda meydana çıxıb.
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
0
0