“Qalatasaray”ın heyətində ciddi itki - 3-4 həftə oynamayacaq
05.10.2025 - 16:09
“Qalatasaray”ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Vilfred Sinqo zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahili millisinin üzvü Super Liqanın VIII turunda “Beşiktaş”la keçirilən oyunda (1:1) ayaq əzələsindən zədə alıb.
24 yaşlı mərkəz müdafiəçisinin 3–4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, “Qalatasaray” Vilfred Sinqonu bu ilin avqust ayında “Monako” klubundan 30 milyon avroya transfer edib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0