"Qalatasaray” Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatan argentinalı hücumçuya 2 illik yeni sözləşmə təklif olunacaq.
Məlumatda bildirilir ki, İstanbul klubu İkardinin hazırda qazandığı 10 milyon avroluq illik maaşın yarıya endirilməsi şərti ilə anlaşma əldə etmək niyyətindədir.
Klub rəhbərliyinin qarşıdakı günlərdə təcrübəli futbolçu ilə rəsmi danışıqlara başlayacağı qeyd olunub.
Qeyd edək ki, Mauro İkardi “Qalatasaray” forması ilə 110 oyuna çıxıb. 32 yaşlı futbolçu bu qarşılaşmalarda 70 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb. İkardinin transfer dəyəri 6 milyon avro olaraq qiymətləndirilir.
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”