“Qarabağ”ın rəqibləri Arauxo ilə maraqlanır
13.10.2025 - 21:45
“Qarabağ”ın rəqibləri Arauxo ilə maraqlanır

“Barselona”nın müdafiəçisi Ronald Arauxo İngiltərə Premyer Liqasının aparıcı klublarının maraq dairəsində qalır.

Apasport.az “Football Insider”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində həm “Liverpul”, həm də “Çelsi” maraqlıdır.

Hər iki klub Arauxonu 2026-cı ildə transfer etməyi planlaşdırır. Ancaq “Barselona”nın yaxın aylarda – xüsusilə də, yanvar pəncərəsində onu satmağa razı olacağı inandırıcı görünmür.

Uruqvaylı futbolçu ilə Kataloniya klubunun müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Arauxo Hans-Diter Flikin rəhbərliyi altında bu mövsüm “Barselona”nın heyətində 7 matçda meydana çıxıb və 1 qol vurub. Onu transfer etmək istəyən hər iki klub “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləridir.