[b]“Qarabağ”ın uğurlu ənənəsi davam edir[/b]
25.07.2018 - 23:11
[b]“Qarabağ”ın uğurlu ənənəsi davam edir[/b]

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında Albaniya “Kukesi”si ilə qarşılaşıb.

 

Bu görüşə qədər Qurban Qurbanovun yetirmələri üçün uğurlu hesaba edilən raundda bu dəfə də ənənə pozulmayıb. 5-ci dəfə Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” II təsnifat mərhələsində məğlubiyyət nə olduğunu bilmir.

 

Daha əvvəl II təsnifat mərhələsində 4 dəfə qüvvəsini sınayan təmsilçimiz 8 qarşılaşmadan 6-da qələbə qazanıb və 2 dəfə heç-heçə edib. Rəqib qapılarından 15 top keçirən çempionumuz cəmi 1 qol buraxıb.

 

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində

 

2014/15 mövsümü

“Valletta” (Malta) – “Qarabağ” – 0:1, 0:4

 

2015/16 mövsümü

“Rudar” (Monteneqro) – “Qarabağ” – 0:0, 0:1

 

2016/17 mövsümü

“Qarabağ” – “Düdelanj” (Lüksemburq) – 2:0, 1:1

 

2017/18 mövsümü

“Qarabağ” – “Samtredia” (Gürcüstan) – 5:0, 1:0

 

0