[b]“Qarabağ”la matç onun karyerasının ən böyük oyunu olacaq”[/b]
11.07.2018 - 15:23
[b]“Qarabağ”la matç onun karyerasının ən böyük oyunu olacaq”[/b]

“Mövsümün ilk oyunundan əvvəl “Olimpiya”nın hansı durumda olduğu bilinmir”. Apasport.az saytı xəbər verir ki, bu barədə Sloveniya mətbuatında yazılıb.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ı qəbul edəcək “Olimpiya”nın hazırkı vəziyyəti yerli KİV-i razı salmır. Həmkarlarımız yeni çalışdırıcının təcrübəsiz olmasından və bir hücumçunun heyətdə salınmamasından narahatdılar: “İqor Bişçanın gedişindən sonra İliya Stolitsa baş məşqçi vəzifəsinə gətirildi. Stolitsa təcrübəsiz mütəxəssisdi, “Qarabağ”la matç onun karyerasının ən böyük oyunu olacaq. Stolitsanın rəhbərliyi altında komandanın necə oynayacağını bu gün görəcəyik. Komandada kifayət qədər dəyişikliklər oldu. Gedənlər və gələnlər var ki, bununla əcnəbi oyunçuların sayı artdı. Mark Putinçanın, Mark Qayiç, Asmir Sulyiç transfer olundu, “trio” bu gün meydana çıxa bilər. Andriya Kaludzeroviç yeni transfer edilməsinə baxmayaraq, taleyi qeyri-müəyyəndi. Kaludzeroviç yoxlama görüşlərində müntəzəm oynasa və əla təsir bağışlasa da, “Qarabağ”la matçın iştirak ərizəsinə salınmadı. Çünki serbiyalı forvard baş məşqçinin istəyi ilə alınmayıb. “Əjdahalar” “Qarabağ” önünə onsuz çıxacaq ki, bu da futbolçunun komandada qalmasını şübhə altına salır”.

 

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:00-da start götürəcək.

0