Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, federasiya niderlandlı mütəxəssis Con vant Sxiplə razılıq əldə edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Təyinat Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsi ilə razılaşdırıldıqdan sonra rəsmiləşəcək.
Qeyd edək ki, Con vant Sxip məşqçilik karyerasına “Ayaks”da başlayıb. O, müxtəlif illərdə Amsterdam klubunda çalışıb, həmçinin “Tvente”, “Zvolle”, Meksikanın “Qvadalaxara” və Avstraliyanın “Melburn Siti” komandalarına rəhbərlik edib. Mütəxəssis 2016-cı ildə “Melburn Siti” ilə Avstraliya Kubokunu qazanıb.
O, yığma səviyyəsində Yunanıstan və Ermənistan millilərinə rəhbərlik edib.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi