Meksika millisinin baş məşqçisi Xavyer Aguirre Cənubi Afrika ilə oyundan sonra komandasının çıxışını dəyərləndirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesablı qələbəyə baxmayaraq, xüsusilə ilk hissədəki oyundan razı qalmadığını bildirib.
“Ciddi olacağam, bu gün ilk hissədəki oyunumuzu heç bəyənmədim, çox narazı qaldım”, – deyə Aguirre matçdan sonra açıqlamasında söyləyib.
O, mundiala qələbə ilə başlamağın vacib olduğunu vurğulasa da, komandasının daha yaxşı oynamalı olduğunu qeyd edib.
Aguirre futbolçularından növbəti görüşlərdə daha diqqətli və intizamlı çıxış gözlədiyini bildirib.
Qeyd edək ki, Meksika 2026-cı il dünya çempionatının açılış oyununda Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub edib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat