Qnabri “Bavariya”dan ayrıla bilər
15.11.2025 - 23:58
Qnabri “Bavariya”dan ayrıla bilər

"Bavariya"da ayrılıq baş verə bilər.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisinin üzvü Serj Qnabri komandanı tərk edə bilər.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, mövsümün sonunda müqaviləsi başa çatan yarımmüdafiəçi ilə "Liverpul" və "Yuventus" yaxından maraqlanır.

Hər iki komanda Almaniya millisinin üzvünü yayda heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, 30 yaşlı oyunçu bu mövsüm "Bavariya" forması ilə meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 5 assistlə yadda qalıb.