Qnabri Londona qayıda bilər
19.04.2024 - 21:10
Qnabri Londona qayıda bilər

"Bavariya"nın vingeri Serj Qnabri Londona qayıda bilər.

Apasport.az xəbər verir ki, "Tottenhem" futbolçunu transfer etmək istəyir. Sərfəli təklif olacağı halda, "Bavariya" futbolçusunu satmağa hazırdır. 28 yaşlı hücumçunun Münhen klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, Qnabri daha öncə 2015/16 mövsümündə Londonun "Arsenal" klubunda çıxış edib.

0