Qriliş addım-addım "Everton"a
11.08.2025 - 14:42
"Mançester Siti”nin futbolçusu Cek Qriliş karyerasını “Everton”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “Everton” həm futbolçu, həm də “şəhərlilər”lə şifahi razılıq əldə edib. 29 yaşlı vinger bir illik icarə əsasında Mersisayd təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Qriliş 2021-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə 117,5 milyon avroya transfer olunmuşdu.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0