"Mançester Yunayted"in keçmiş hücumçusu Meyson Qrinvud İngiltərə milli komandasından imtina edib.
Apasport.az xəbər verir ki, 23 yaşlı ingilis futbolçu bundan sonra Yamayka millisində çıxış edəcək.
Qaydalara görə, ailə kökü Yamaykadan olan Meyson bu yığmanın şərəfini qoruya bilər.
Xatırladaq ki, Qrinvud üç il əvvəl futboldan uzaqlaşdırıldıqdan sonra milli komandadan daimi olaraq uzaqlaşdırılmışdı.
Halbuki 2022-ci ilin yanvarında o, zorlama cəhdi, faktiki bədən xəsarətinə səbəb olan hücuma görə ittiham olunsa da, 2023-cü ilin fevralında futbolçu barəsində bütün qərarlar ləğv edilmişdi.
Hazırda Fransanın "Marsel" klubunda çıxış edən vinger bu mövsüm 20 oyunda 13 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”