Quehi “Liverpul” yolunda
01.09.2025 - 18:53
Quehi “Liverpul” yolunda

Premyer Liqa təmsilçisi "Liverpul" növbəti transferini reallaşdırmaq üzrədir.

Apasport.az xəbər verir ki, "qırmızılar" Mark Quehini heyətinə qatmaq niyyətindədir.

Klub "Kristal Pelas" ilə 35 milyon funt sterlinq məbləğində razılıq əldə edib.

Müqaviləyə görə mersisaydlılar növbəti satışdan 10% pay ödəyəcək.

Britaniyada transfer pəncərəsinin son günü olduğundan, 25 yaşlı müdafiəçi tibbi yoxlanışını Londonda başa vurub.

Qeyd edək ki, Mark Quehi "Kristal Pelas"a 2021-ci ilin yayında "Suonsi Siti"dən 23.3 milyon avroya transfer edilib.