Qvardiola “Siti” tarixində ilkə imza atıb
23.01.2025 - 02:24
Dünən Çempionlar Liqası VII turu çərçivəsində PSJ “Mançester Siti”ni qonaq edib.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıb.
“Şəhərlilər” bu hesabla ilk “24-lük”dən kənarda qalıb.
Premyer Liqa klubu baş məşqçisi Pep Qvardiolanın rəhbərliyi altında ilk dəfədir ki, Çempionlar Liqasının 1/8 finalına birbaşa vəsiqə qazana bilməyib.
Komanda ən son 2012-13 mövsümündə son 16 mərhələsinə vəsiqə qazana bilməmişdi.
Qeyd edək ki, Pep Qvardiola 2017-ci ildən “Siti”yə rəhbərlik edir.
- İspaniya üçün Avstriya sınağı - Son pley-off cütü rəsmiləşdi
- DÇ-2026: Əlcəzair İsveçrəyə rəqib oldu
- İranın arzuları 90+6-da məhv oldu - Avstriyanın qoluyla mundialla vidalaşdı
- DÇ-də qardaşlardan tarixi ilk - Fərqli millilərdə qol sevinci
- İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır
0
0