Qvardioladan antirekord
18.05.2025 - 10:14
Qvardioladan antirekord

Pep Qvardiola antirekorda imza atıb.

Apasport.az xəbər verir ki, "Mançester Siti" FA Kubokunun finalında "Kristal Pelas"a 0:1 hesabı ilə uduzub.

Bu, ispaniyalı mütəxəssisin mövsümdə 16-cı məğlubiyyəti olub. 

Qvardiola "Barselona" və "Bavariya" ilə heç bir mövsümdə bu qədər məğlubiyyət yaşamayıb.