Rafinya "Mançester Siti"nin hədəfində
21.03.2025 - 13:19

"Mançester Siti" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Barselona"nın hücumçusu Rafinya ilə maraqlanır.
"Şəhərlilər" braziliyalı futbolçunun transferinə 80 milyon avro ayırıb. Pep Qvardiolanın keçidi şəxsən istədiyi bildirilir.
Forvardın Kataloniya təmsilçisi ilə müqaviəsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Rafinya bu mövsüm 42 oyunda 27 qol vurub və 20 məhsuldar ötürmə edib.
0
0