Rakitiç karyerasını başa vurub - VİDEO
07.07.2025 - 15:12
“Barselona” və Xorvatiya millisinin sabiq üzvü İvan Rakitiç karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə futbolçu şəxsi sosial media hesabı vasitəsilə məlumat verib.
Peşəkar karyerası ərzində 887 rəsmi oyunda iştirak edən Rakitiç 125 qol vurub və 141 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 37 yaşlı yarımmüdafiəçi son olaraq Xorvatiyanın “Hayduk” klubunda çıxış edib. O, həmçinin “Sevilya”, “Bazel”, “Şalke” və “Əl-Şabab” kimi komandaların şərəfini qoruyub.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0