Ramos “Yunayted”ə keçməyəcək
12.12.2025 - 21:27
Ramos “Yunayted”ə keçməyəcək

Meksikanın “Monterrey” klubunu tərk edəcək ispaniyalı müdafiəçi Serxio Ramosun “Mançester Yunayted”ə keçidi baş tutmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

“Qırmızı şeytanlar”ın rəhbərliyi 39 yaşlı futbolçunun transferində maraqlı deyil.

Avropada “Real Madrid”, “Sevilya” və PSJ-dəki çıxışı ilə tanınan Serxio Ramosun “Monterrey”lə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq. Bununla da o, azad agent statusu əldə edəcək.