"Real" azarkeşlərinə bəd xəbər
                    
                    11.02.2024 - 18:59
                        
                     
                    Cud Bellinqem zədələnib.
Apasport.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi sol topuğundan xəsarət alıb.
İlkin ehtimallara görə İngiltərə millisinin də şərəfini qoruyan 20 yaşlı futbolçunun 2-3 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. O, La Liqanın XXIV turunun “Jirona” ilə (4:0) matçında zədə alıb.
Qeyd edək ki, ingilis orta xətt oyunçusunun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypziq”-lə ilk oyununu burxacağı bildirlir.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            