"Real" Haaland üçün 200 milyon avronu gözdən çıxarır
12.11.2023 - 12:53
Madrid “Real”ı Erlinq Haalandın mümkün transferini araşdırmağa başlayıb.
Apasport.az xəbər verir ki, “kral klubu” norveçli hücumçunun “Mançester Siti” ilə müqaviləsində yer alan satın alma variantını aktivləşdirə bilər.
23 yaşlı forvardın ingilislərlə razılaşmasında futbolçunu 200 milyon avroya almaq hüququ ilə bağlı bənd olduğu bildirilir. İspanlar da məhz bu məbləği ödəyərək Erlinqi komandaya gətirməyi planlaşdırır.
Qeyd edək ki, bu mövsüm “şəhərlilər”in forması ilə 17 matça çıxan Haaland 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0