“Real” həkimi ilə vidalaşdı
13.11.2023 - 12:16
İspaniyanın "Real" klubu həkimi Niko Mihiçi vəzifəsindən azad edib.
Apasport.az xəbər verir ki, buna Arda Gülər də daxil olmaqla, bir çox futbolçunun zədələrinin təkrarlanması səbəb olub.
Futbolçularla tibb işçiləri arasında münaqişələrin olması da bu qərara təsir edib. 2017-ci ildən klubda çalışan xorvatiyalı həkimin qovulmasının əsas səbəblərindən birinin zədəsini mövsümün əvvəlindən sağalda bilməyən Gülərin yanlış müalicəsi olduğu iddia edilir.
Qeyd edək ki, futbolçunun daha 1 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
1
0