"Real" ukraynalı futbolçunu 60 milyon avroya ala bilər
03.12.2024 - 13:21
Ukrayna millisinin və "Bornmut"un müdafiəçisi İlya Zabarni klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Real Madrid" 22 yaşlı futbolçunu ala bilər.
"Kral klubu"nun prezidenti Florentino Peres Zabarni ilə müqavilə imzalamaqda maraqlıdır.
"Bornmut" müdafiəçi üçün 60 milyon avro təklif ediləcəyi halda, onunla ayrıla bilər.
"Transfermarkt" futbolçunun dəyərini 32 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, "Real"ın 2 mərkəz müdafiəçisi - Eder Militao və David Alaba sıradan çıxıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0