Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi
23.05.2025 - 14:34
"Real Madrid" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes ilə maraqlanır.
Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, ispanlar argentinalını yayda transfer etmək istəyir.
"Çelsi" yarımmüdafiəçini satmağı planlaşdırmır. Lakin iddialara görə, "Real" "mavilər"ə Enzonun qarşılığında braziliyalı futbolçusu Rodriqonu təklif edə bilər.
Bu təklifə ingilislərin necə yanaşacağı isə hələ ki, bəlli deyil.
"Transfermarkt" Fernandesin dəyərini 75 milyon avro, Rodriqonun qiymətini isə 100 milyon avro olaraq qiymətləndirir.
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
- “Arsenal”da ciddi itki: 1 ay forma geyinə bilməyəcək
0
0