“Real”dan 52 ilin rekordu
18.12.2023 - 09:09
“Real”dan 52 ilin rekordu

“Real” La Liqanın 17 turunda cəmi 11 qol buraxıb.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi özünün son 52 ildəki ən yaxşı nəticəsinə imza atıb.

“Kral klubu” sonuncu dəfə 1971/72 mövsümündə belə etibarlı müdafiə xəttinə malik olub. Paytaxt təmsilçisi həmin vaxt da 11 qol buraxıb.

Qeyd edək ki, “Real” hesabat turunda “Vilyareal”a 4:1 hesabı ilə qalib gəlib.
 

0