"Real"dan Olise açıqlaması - Yayılan xəbərlər əsassızdır
20.06.2026 - 20:58
İspaniyanın "Real" klubu "Bavariya"nın futbolçusu Maykl Olise ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçu, onun nümayəndələri və yaxın ətrafı ilə birbaşa və ya dolayı yolla əlaqə saxlamadığını açıqlayıb.
Klub "Bavariya" ilə münasibətlərin qarşılıqlı hörmət, əməkdaşlıq və etimada əsaslandığını bəyan edib. "Real" həmçinin reallığa uyğun olmayan spekulyasiyaların yayılmasından təəssüfləndiyini vurğulayıb.
Qeyd edək ki, son günlər Maykl Olisenin "Real"a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0