PSJ-nin baş məşqçisi Luis Enrike ardıcıl üçüncü dəfə Çempionlar Liqasını qazanmaq istədiklərini bildirib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının qarşısında tarixi hədəf dayandığını söyləyib:
“Qələbələri davam etdirmək çətindir. İndi qarşımızda Avropa futbolu tarixində demək olar ki, bənzəri olmayan unikal vəzifə var. Əgər Çempionlar Liqasını ardıcıl üçüncü dəfə qazansaq, “Real”ın nailiyyətini təkrarlayacağıq. Bu, tamam başqa səviyyədir.
Tarixdə “Real”dan başqa heç kim turniri ardıcıl üç dəfə qazana bilməyib. Biz onlara çata bilərik. Amma düşünmürəm ki, Avropada bizdən daha motivasiyalı komanda olsun”.
Qeyd edək ki, Çempionlar Liqası tarixində yalnız “Real” ardıcıl üç dəfə kuboku qazanıb. Madrid klubu 2016-2018-ci illərdə turnirin qalibi olub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"