Baş məşqçi Alvaro Arbeloa ilə yolları ayıracağı gözlənilən Madrid "Real"nın sözügedən posta yeni namizədi bəlli olub.
Apasport.az xəbər verir ki, komandanın "sükanı arxası"na Maurisio Poçettino gətirilə bilər.
Bu barədə İspaniya mediasında məlumat yayılıb.
ABŞ millisi ilə Dünya Kubokuna vəsiqə qazanan 54 yaşlı mütəxəssis daha öncə "Çelsi", PSJ, "Tottenhem", "Southempton", "Espanyol" kimi klubları çalışdırıb.
Xatırladaq ki, argentinalı çalışdırıcının rəhbərliyi altında "Tottenhem" UEFA Çempionlar Liqasının 2018/19 mövsümündə finala qədər yüksəlməyi bacarmış, lakin yekunda "Liverpul"a (2:0) məğlub olaraq kuboku əldən vermişdi.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub