Renatın komandasında portuqaliyalı hücumçu
10.02.2024 - 10:24
Renatın komandasında portuqaliyalı hücumçu

Türkiyə Super Liqa komandalarından olan "Hatayspor" heyətini portuqaliyalı hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, millimizin şərəfini qoruyan Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Sloveniyanın "NK Olimpiya Lyublyana" klubunda çıxış edən Rui Pedronu heyətinə qatıb.

Bu barədə klub açıqlama yayıb. Bildirilib ki, portuqaliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, 25 yaşlı forvard "Lyublyana"nın heyətində 33 matçda 12 qol, 4 ötürmə ilə fərqlənib. 

0