“Reyncers”in yeni baş məşqçisi bəlli oldu
24.02.2025 - 19:29
“Reyncers”in yeni baş məşqçisi bəlli oldu

"Fənərbaxça"nın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Reyncers"in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komandanı Barri Ferqyuson çalışdıracaq.

O, bu postda Filipp Klemanı əvəzləyəcək. Çalışdırıcı bu gün səhər saatlarında istefaya göndərilib

Ferqyuson mövsümün sonunadək "Reyncers"i çalışdıracaq.