“Real”ın prezidentliyinə namizəd Enrike Rikelme komandanın ulduz futbolçusu Vinisius Juniorla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Rikelme seçkilərdə qalib gələcəyi halda braziliyalı hücumçunu satmağı planlaşdırır.
Bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, prezidentliyə namizəd Vinisiusun komandadakı gələcəyinə isti yanaşmır və onun satışından əldə olunacaq gəliri heyətin yenilənməsinə yönəltmək istəyir.
Rikelmenin bu planı Madrid klubunda ciddi dəyişikliklərin ola biləcəyini göstərir. Xüsusilə Erlinq Haalandla bağlı açıqlamalarından sonra onun hücum xəttində fərqli model qurmaq istədiyi bildirilir.
Qeyd edək ki, Vinisius Junior 2025/2026 mövsümündə “Real”ın heyətində La Liqada 29 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. UEFA Çempionlar Liqasında isə braziliyalı 14 matçda 5 qol və 8 assistlə yadda qalıb.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır