Robin van Persi qayıdır
10.04.2024 - 12:44
Robin van Persi qayıdır

Bir müddət "Fənərbağça"da da çıxış edən Robin van Persi baş məşqçi kimi meydana qayıtmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, hollandiyalı futbolçunun Erediviziya komandası ilə danışıqlara başladığı iddia edilib.

Məlumata görə, Erediviziya komandası olan "Heerenveen" Robin van Persi ilə danışıqlara başlayıb. 

Digər tərəfdən, "Feyenoord"un Robin van Persini gələn mövsüm U21 komandasına gətirmək istədiyi, lakin hollandiyalının əsas komandanı çalışdırmaq istədiyi bildirilib.

Qeyd edək ki, Persi futbolçu kimi "Fənərbaxça" ilə 87 matçda oynayıb, 36 qol vurub, 7 məhsuldar ötürmə edib.

0