“Roma” azarkeşləri futbolçunun cəriməsini ödəmək üçün pul yığıblar
11.04.2024 - 17:57
“Roma” azarkeşləri futbolçunun cəriməsini ödəmək üçün pul yığıblar

Ötən həftə A Seriyasında “Roma” və “Latsio” arasında derbi baş tutub.

Apasport.az xəbər verir ki, “qurdlar” 1:0 hesablı qələbəni bayram edib, yeganə qolu Canluka Mançini vurub.

Oyundan sonra Mançini klubun rənglərində siçovul şəkli olan bayrağı dalğalandıraraq "Latsio"nu təhqir edib. Bu hərəkətinə görə Mançini 5 min avro cərimələnib.

“Roma” azarkeşləri Mançiniyə qarşı cəriməni ödəmək üçün ianə aksiyası keçirmək qərarına gəliblər. Nəticədə, 8 min avro toplanıb. Oyunçu onları qəbul etməsə, pul xeyriyyəçiliyə göndəriləcək.  

0