“Roma” Pelleqrini ilə bağlı qərarını verdi
08.08.2026 - 23:37
“Roma” yarımmüdafiəçisi Lorentso Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu İtaliya millisinin üzvü ilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Lorentso Pelleqrini “Roma”nın yetirməsidir. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi 2025/26 mövsümündə “canavarlar”ın heyətində bütün turnirlərdə 27 matça çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0