“Roma” türkiyəli müdafiəçi ilə bağlı qərarını verib
11.10.2025 - 18:52

"Roma" mövsümün sonunda müqaviləsi başa çatacaq Zeki Çeliklə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli sağ cinah müdafiəçini komandada saxlamaq istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, paytaxt klubu artıq 28 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib.
0
0