“Roma”da Ostervolde narahatlığı – İlk tibbi müayinədən keçə bilmədi
26.08.2026 - 14:37
“Roma”da Ostervolde narahatlığı – İlk tibbi müayinədən keçə bilmədi

“Fənərbaxça”nın müdafiəçisi Ceyden Ostervoldenin “Roma”ya keçidi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Apasport.az xəbər verir ki, bu barədə “Sky Italia” məlumat yayıb.

Belə ki, niderlandlı futbolçu Romada keçdiyi ilkin tibbi müayinələrin nəticələrinə görə transfer üçün tələb olunan təsdiqi ala bilməyib.

İtaliya klubu bu səbəbdən Ostervolde üçün əlavə tibbi yoxlamalar keçirməyə qərar verib. Müayinələrin bu gün davam etdiriləcəyi bildirilir.

“Roma” yekun qərarını əlavə testlərin nəticələri məlum olduqdan sonra verəcək.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2023-cü ilin yanvarından “Fənərbaxça”nın heyətində çıxış edir. İstanbul klubu onu “Parma”dan 6 milyon avroya transfer edib.

“Roma” və “Fənərbaxça” Ostervoldenin icarəsi ilə bağlı razılıq əldə edib. Müqavilədə futbolçunun 15 milyon avroya satınalma hüququ nəzərdə tutulub.

Müəyyən şərtlər yerinə yetirilərsə, bu bənd məcburi satınalmaya çevriləcək.