[b]Ronaldo “Yuventus”la anlaşıb – sabiq baş direktor [/b]
05.07.2018 - 15:35
[b]Ronaldo “Yuventus”la anlaşıb – sabiq baş direktor
[/b]

“Real”ın superulduzu Kriştianu Ronaldo “Yuventus”la anlaşıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, bu iddia ilə “qoca sinyora”nın sabiq baş direktoru Luçiano Mocci çıxış edib.

 

O bildirib ki, portuqaliyalı hücumçu Turin təmsilçisi ilə artıq hərtərəfli anlaşıb və hətta müqavilə bağlayıb: “Kriştianu Ronaldo Münhendə “Yuventus” üçün tibbi müayinədən keçib. Tərəflər arasında müqavilə də imzalanılıb”.

 

“Marca” isə “Real”ın prezidenti Florentino Peresin bu gün Ronaldonun meneceri Xorxe Mendeslə görüşəcəyini yazıb. 34 yaşlı oyunçunun keçidinin “kral klubu”na 100 milyon avro qazandırması gözlənilir.

 

Qeyd edək ki, Luçiano Mocci 1994-2006-cı illərdə “Yuventus”da fəaliyyət göstərib.

0