Səudiyyə Ərəbistanı Pro Liqasında 2025-2026 mövsümünün qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, son turda "Əl Nəsr" doğma meydanda "Damak"ı qəbul edib.
Oyun ev sahibi komandanın 4:1 hesablı qələbəsiylə başa çatıb.
Bununla da xallarının sayını 86-ya çatdıran Ronaldonun komandası çempionluğunu rəsmiləşdirib.
Görüşdə hesabı 35-ci dəqiqədə Sadio Mane açıb. İkinci hissənin əvvəlində Kinqsli Koman komandasının üstünlüyünü 2 topa çatdırıb. 58-ci dəqiqədə “Damak” hesab arasındakı fərqi minimuma endirib. 63-cü dəqiqədə Kriştiano Ronaldo ev sahiblərinin üçüncü qolunu vurub. Ronaldo 81-ci dəqiqədə dublunu rəsmiləşdirib.
Çempionatın gümüş medallarını 84 xalla "Əl Hilal" qazanıb.