Ronaldodan unikal nailiyyət
10.01.2025 - 09:17
"Əl Nəsr" Səudiyyə Ərəbistanı çempionatının XIV turunda “Əl Ohdud”u qəbul edib.
Apasport.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
“Əl Nəsr”in qollarını Sadio Mane (2) və Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb.
Ronaldo karyerasında 24 futbol təqvimi ilinin hər birində qol vuran ilk oyunçu adını qazanıb. 39 yaşlı hücumçu rəsmi görüşlərdə 917 qol vurub.
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi
0
0