Ronaldonun bir illik maaşı açıqlanıb
23.02.2024 - 09:13
Ronaldonun bir illik maaşı açıqlanıb

Kriştiano Ronaldonun bir illik qazancı bəlli olub.

Apasport.az xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının  “Əl-Nasr” klubunda davam etdirən 39 yaşlı hücumçunun illik qazancı 238 milyon 923 min 450 avro olub.

Portuqaliya millisinin kapitanının əldə etdiyi bu məbləğə  klubdakı maaşlar, mükafatlar və Səudiyyə Ərəbistanındakı sponsorluq müqavilələri daxildir. Forvardın futboldan kənar gəlirlərinin də kifayət qədər yüksək olduğu iddia olunsa da, dəqiq məbləğ açıqlanmır. 

Qeyd edək ki, bu müddət ərzində ərəb klubu ilə 53 matça çıxan Ronaldo 47 qolla yadda qalıb.
 

0