Ronaldonun gələcəyi məlum olub
14.01.2025 - 10:53

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”lə müqaviləsini uzadacaq.
Apasport.az.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
39 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin təklifini qəbul edib və bir illik müqavilə imzalayacaq.
Ronaldo bu sözləşmə ilə ilinə 200 milyon avro qazanacaq. Onun həftəlik qazancı təxminən 3,8 milyon avro olacaq.
Portuqaliyalı hücumçunun indiki müqaviləsi 2025-ci ilin yayına kimidir. Ronaldo bu mövsüm 13 oyunda 11 qol vurub.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0