Ronaldoya yeni müştəri
02.12.2022 - 13:00
Ronaldoya yeni müştəri

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo daha bir klubun hədəfinə düşüb.

Apasport.z saytının məlumatına görə, “Əl-Hilal” ulduz hücumçunu heyətinə qatmaq istəyir.

Səudiyyə Ərəbistanı təmsilçisinin nümayəndələri Ronaldo ilə danışıqlara başlamağa hazırdır. Asiyalılar azad agent statusuna malik futbolçuya ağlasığmaz təklif etməyi düşünür. Amma “Əl-Hilal” keçidi qışda deyil, yayda həll etmək niyyətindədir.

Səudiyyə Ərəbistanının digər klubu “Əl-Nəsr” daha öncə Ronaldoya müştəri düşüb. Asiyalılar ona ili 200 milyon avro olan 2,5 illik müqavilə təklif edir.

Qeyd edək ki, 37 yaşlı hücumçu “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verildikdən sonra klubsuzdur.
 

0