“Sabah”ın futbolçusuna POLŞADAN TƏKLİF
30.05.2023 - 00:00
“Sabah”ın futbolçusuna POLŞADAN TƏKLİF

“Sabah”ın futbolçusu Aleksey Kaşuk yeni təklif alıb.

Apasport.az saytının məlumatına görə, müqavilə ilə Donetsk “Şaxtyor”una məxsus olan 23 yaşlı yarımmüdafiəçi karyerasını Polşada davam etdirə bilər.

Ukraynanın U-21 millisinin futbolçunun xidmətində “Lex” maraqlıdır. Kaşuka təklif göndərən Poznan klubu keçidlə bağlı “Şaxtyor”la danışıqlara da başlayıb.

Gürcüstan və Rumıniyanın ev sahibliyi edəcəyi U-21-lər arasında Avropa çempionatının final mərhələsinə yollanacaq yarımmüdafiəçi Donetsk klubuna qayıtdıqdan sonra taleyinə aydınlıq gələcək. “Sabah” da Kaşukun transferi üçün “Şaxtyor”la danışıqları davam etdirir. 

0