Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu
05.08.2025 - 15:42

"Vilyareal"a transferi gündəmdə olan Tomas Parti 5 cinsi istismar və təcavüz işi üzrə ittiham olunurdu.
Apasport.az xəbər verir ki, Qanalı futbolçu ilə bağlı bu gün keçirilən məhkəmə prosesində onun ittihamlardan bəraət aldığı müəyyənləşib.
32 yaşlı yarımmüdafiəçinin vəkili prosesdən sonra açıqlama verib:
"Tomas ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edir. O, adını təmizə çıxarmaq üçün yaranan bu imkanı düzgün şəkildə dəyərləndirdi".
Qeyd edək ki, Tomas Parti 2012–2020-ci illər ərzində İspaniya La Liqasında çıxış edib.
0
0