Hazırda karyerasını İspaniya La Liqası təmsilçilərindən "Vilyarreal"da davam etdirən sabiq "Arsenal"lı Nikolas Pepe yenidən İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, müqaviləsi yayda başa çatacaq 29 yaşlı futbolçu ilə "Everton" və "Vulverhempton" maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, hər iki komanda oyunçunu yayda heyətinə qatmağa çalışacaq.
Qryd edək ki, Pepe bu mövsüm "Vilyareal"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hücumçu daha əvvəl "Lill", "Nitsa", "Arsenal" və "Trabzonspor" kimi komandaların şərəfini qoruyub.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu