Yeni mövsümə hazırlıqlarını davam etdirən "Beşiktaş" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "qara qartallar" son olaraq İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Nelson Semedo ilə yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, 31 yaşlı sağ cinah müdafiəçisi İstanbul təmsilçisindən illik 4 milyon avro maaş və eyni məbləğdə imza pulu tələb edib.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Semedo karyerası ərzində "Benfika" və "Barselona" kimi klublarda da çıxış edib. O, ötən mövsüm Premyer Liqa çərçivəsində 38 rəsmi matçda forma geyinərək 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi