Sabiq “Barsa”lı karyerasını başa vuracaq
07.10.2025 - 21:57
Sabiq “Barsa”lı karyerasını başa vuracaq

“İnter Mayami”nin futbolçusu Jordi Alba peşəkar karyerasını başa vurmaq qərarına gəlib.

Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi bu barədə qərarını şəxsi sosial şəbəkə hesabında paylaşdığı video vasitəsilə açıqlayıb.

36 yaşlı futbolçu MLS mövsümü başa çatdıqdan sonra futbolla vidalaşacaq.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Jordi Alba futbol karyerasına “Barselona” klubunun akademiyasında başlayıb. O, daha sonra “Valensiya” və “Ximnastik” komandalarının heyətində çıxış edib.