Sabiq “Fənər”li addım-addım “Fiorentina”ya
16.06.2025 - 20:25
"Fənərbaxça"dan ayrılan Edin Dzekonun yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, bosniya və hersoqovinalı futbolçu karyerasını "Fiorentina"da davam etdirəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
39 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq. O, Florensiya klubunda illik 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Edin İtaliyada əvvəllər "Roma" və "İnter" kimi komandaların da şərəfini qoruyub.
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- “Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro
- Arda Gülerə növbəti mükafat: MÖVSÜMÜN QOLU - VİDEO
- "Yuventus"un hücum planı: VLAHOVİÇ GEDİR, SÖRLOT GƏLİR
- Dünya çempionatında “Bavariya” ordusu: 18 futbolçu çağırıldı
0
0