Gürcüstan millisinin sabiq futbolçusu Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.
Apasport.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.
Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.
Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Qeyd edək ki, Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələrlə Gürcüstan çempionu olub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-1997-ci illərdə "Mançester Siti"də də oynayıb. Kavelaşvili peşəkar karyerası ərzində İsveçrənin "Qrashopper", "Sürix", "Sion", "Aray" və "Bazel" komandalarında da çıxış edib.
O, Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanovla 1995-ci ildə "Spartak-Alaniya" klubunda komanda yoldaşı olub.
- Xorvatiyanın baş məşqçisi Ronaldonu fərqləndirdi - “Hər an qol vura bilər”
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi